19 dekabr 2023 12:44
218

Milli Məclis Azərbaycanla Serbiya arasındakı sazişi ratifikasiya edib

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”i ratifikasiya edib.

“İki sahil”in xəbərinə görə, bununla bağlı sənəd parlamentin bu gün keçirilən iclasında müzakirə olunur.

Sənəd 2023-cü il noyabrın 7-də Belqrad şəhərində imzalanıb.