19 dekabr 2023 17:36
288

Qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdiririk- Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdirdiklərini bildirib.

“İki sahil”in xəbərinə görə, o, bu barədə MSK-nın bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bütün seçki məntəqələri qanun çərçivəsində fəaliyyət göstərirlər: “Qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdiririk”.

MSK sədri qeyd edib ki, seçkilərlə bağlı bütün tərəflər öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.