Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı heç bir problem yoxdur.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, ölkədə sabitlik var: “Seçki Məcəlləsi yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb. Orada bütün addımlar beynəlxalq standartlara cavab verən səviyyədədir. Seçkilər də şəffaf keçirilməlidir. Bizdə yerli müşahidəçi baxımından da məhdudiyyət yoxdur”.
M.Pənahov bildirib ki, şəffaflıq baxımından göstəricilər beynəlxalq standartlara tam uyğundur: “Ötən seçkilərdə də bizə müraciət edən yerli müşahidəçilərin də hamısına müsbət cavab vermişik. Bununla bağlı da heç bir problem yoxdur”.