Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb.
“İki sahil” xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib.
Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Artıq Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.