20 dekabr 2023 11:27
250

Məzahir Pənahov: Seçkilərdən sui-istifadə edən müəyyən qərəzli qurumlar var

Seçkilərdən sui-istifadə edən müəyyən qərəzli qurumlar var.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, dünyanın hər yerində seçkilərdə xoşagəlməz hallar baş verir.

"Müəyyən qərəzli qurumlar var ki, seçkilərdən sui-istifadə edirlər: “Biz işimizi yaxşı görməliyik. Bizim beynəlxalq qurumlardan heç bir narazılığımız yoxdur. Heç kəsin arxayınlaşmağa da haqqı yoxdur. Biz seçkiləri şəffaf şəkildə keçirməliyik”, - M.Pənahov deyib.