20 dekabr 2023 12:45
325

AHİK-in qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib - YENİLƏNİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib.

“İki sahil” xəbər verir ki, qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub.

Sonra İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.