21 dekabr 2023 15:18
792

RİNN-in sifarişi ilə Heydər Əliyev haqqında çəkilmiş film bu gün nümayiş olunacaq - VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Gələcəyə gedən yol” adlı sənədli film çəkilib.

Bu barədə “İki sahil”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Bildirilib ki, “Gələcəyə gedən yol” ilk dəfə bu gün saat 21:00-da İctimai Televiziyada yayımlanacaq.

Filmdə Azərbaycan nəqliyyat sisteminin tarixi inkişaf dinamikası, Ümummilli Liderin nəqliyyat strategiyası və bu sahənin tərəqqisində müstəsna rolundan bəhs olunur. Ekran əsərində Heydər Əliyevin dünya inşaat tarixinə qızıl hərflərlə yazılmış Baykal-Amur Magistralının (Rusiya) inşasındakı xidmətləri də əksini tapıb.

Filmdə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin, keçmiş Baykal-Amur Dəmir Yolunun Tikintisi Baş İdarəsinin rəisi və SSRİ nəqliyyat tikintisi nazirinin müavini Yefim Basindən, yerli alim və mütəxəssislərdən müsahibələr yer alıb.