22 dekabr 2023 11:39
316

Anar Quliyev: Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə yüksək səviyyədə əməkdaşlıq edir

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı ilə yüksək səviyyədə əməkdaşlıq edir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və BMT arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq bir sıra vacib layihələrin icrasına imkan verib.

"Ümumdünya Şəhərsalma Forumu yüksək səviyyədə keçiriləcək. Biz-birimizdən çox şey öyrənəcəyik", - deyə Komitə sədri əlavə edib.