14 mart 2018 19:55
1235

Tokionun Tsukuzi bazarında nəhəng tuna balığı satılıb

Tokionun məşhur Tsukuzi bazarında satılan nəhəng tuna balığı yalnız alıcıların deyil, buraya toplaşan turistlərin də böyük marağına səbəb olub.

AZƏRTAC Jiji Press agentliyinə istinadla xəbər verir ki, çəkisi 460 kiloqram olan balıq Vakayama prefekturası sahillərində martın 13-də tutulub. Nəhəng balıq 8 milyon 740 min yenə (təqribən 82 min dollara) satılıb.

Bu, Yaponiya sahillərində tutularaq balıq hərraclarında satılan ikinci böyük tuna balığıdır. Tsukuzi bazarında satılan ən böyük tuna balığı isə 1986-cı ildə Miyazaki prefekturası sahillərində tutulub və çəkisi 496 kiloqram olub.