01 yanvar 2024 03:19
443

Yaponiya səfirliyi: 2023-cü ildə Azərbaycanla münasibətlərin inkişafına nail olduq

Yaponiyanın ölkəmizdəki səfirliyi 2023-cü ildə ikitərəfli münasibətləri inkişaf etdirməyə nail olub.

“İki sahil” xəbər verir ki, bununla bağlı Səfirliyin feysbuk sosial şəbəkəsindəki hesabında bildirilib.

“2023-cü ildə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi olaraq Azərbaycandakı hər kəsin əməkdaşlığı sayəsində ikitərəfli münasibətləri inkişaf etdirməyə nail olduq. Gəlin 2024-cü ildə də, birlikdə iki ölkə arasında olan münasibətlərin daha güclənməsi üçün əlimizdən gələni edək! Hamı üçün 2024-cü ilin daha məhsuldar il olmasını arzu edirik. Yeni iliniz mübarək!”, - paylaşımda qeyd edilib.