03 yanvar 2024 20:20
383

Azərbaycan İrana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

“İki sahil” xəbər verir ki,  bu barədə nazirliyin X sosial şəbəkəsindəki hesbaında paylaşım edilib:

İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir.