08 yanvar 2024 12:58
312

Naxçıvanda Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir.

“İki sahil” xəbər verir ki, toplantıda Azərbaycan Milli QHT Forumunun rəhbər heyəti və Naxçıvanda qeydiyyatda olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Regional forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə baş verən mühüm dəyişikliklər, inkişaf prosesi əsas müzakirə mövzusudur.