Respublika Perinatal Mərkəzdə baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. TƏBİB rəhbəri vurğulayıb ki, xəstələrin təxliyəsi davam edir.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın olub.
Sürücülərin NƏZƏRİNƏ! Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub