Süni intellekt sahəsində peşəkar karyera qurmaq, bu istiqamətdə sistemli biliklər əldə etmək və real layihələr üzərində işləməklə texniki bacarıqlarını inkişaf etdirmək istəyən namizədlər üçün AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) nəzdində fəaliyyət göstərən “AI Academy” 3-cü təqaüdlü “Süni İntellekt Mühəndisliyi” proqramına qəbul elan edir.
“İki sahil” xəbər verir ki, məhdud sayda iştirakçı üçün nəzərdə tutulan proqram rəqabətli seçim mərhələlərini uğurla tamamlayan namizədlərə süni intellekt mühəndisliyi üzrə tam təqaüd əsasında təhsil almaq imkanı təqdim edir.
Proqram nəzəri biliklə təcrübəni bir araya gətirərək iştirakçıların süni intellekt üzrə fundamental biliklərini və texniki bacarıqlarını sistemli şəkildə inkişaf etdirməyə yönəlib. Tədris müddətində iştirakçılar əldə etdikləri bilikləri praktiki tapşırıqlar və real layihələr üzərində tətbiq etməklə Süni intellekt (Sİ) mühəndisliyi üzrə gələcək karyeraları üçün güclü baza formalaşdıracaqlar.
Proqramın məqsədi yalnız fərdi peşəkar inkişaf üçün yeni imkanlar yaratmaq deyil, eyni zamanda ölkədə süni intellekt üzrə ixtisaslı insan kapitalının formalaşmasına, yeni nəsil texnoloji mütəxəssislərin yetişdirilməsinə və yerli Sİ ekosisteminin inkişafına töhfə verməkdir.
“Süni İntellekt Mühəndisliyi” proqramına müraciətlər 13 sentyabr 2026-cı il tarixinədək qəbul olunur.
Müraciət və ətraflı məlumat üçün: https://www.aiacademy.edu.az/
Sürücülərin NƏZƏRİNƏ! Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub