“Bizi ittiham edirlər ki, Ermənistana hücum etmək istəyirik. Bunu tam səmimiyyətlə deyirəm, istəsəydik, girərdik. İstisu şəhəri gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr bizim əlimizdə olmalıydı ki, ermənilərin planlarını gözümüzlə görək”.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
“Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var. Peykəndən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm (gülür) – dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik