Mətbuatımızın çiyninə böyük yük düşür.
“İki sahil” xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O bildirib ki, media xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək: “Sosial mediada hansısa namizədlərə qarşı kompromatların olacağı şəksizdir. Peşəkar media bu hallara öz mövqeyini bildirməlidir. Seçki günü Mətbuat Şurasında qaynar xəttin yaradılması, Mətbuat Şurası üzvlərinin müxtəlif məntəqələrdə müşahidələr aparması bu seçkilərdə də davam etdiriləcək. 7 fevral da bir müddət sonra xalqımızın ən gözəl bayramlarından biri olacaq. Bütün dünya görsün ki, Azərbaycan xalqı seçki prosesinə biganə deyil. Buna görə də Azərbaycan mediası ən öndə getməlidir".
TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik
AQEM Qadınlar Şurasının yaradılması çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addımdır
Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir