Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadov seçki prosesində sosial media ilə bağlı diqqətli olmağa çağırıb.
“İki sahil”in məlumatına görə, o, bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib ki, medianın seçici fəallığına birbaşa təsir göstərə bildiyini təcrübə göstərir:
"Məsələn, ötən Prezident seçkilərində debatlar zamanı hər hansı qadağan olunmuş ifadələrdən istifadə edirdisə, aparıcı dərhal müdaxilə edirdi. Bu zaman medianın seçki prosesində rolu aydın görünürdü. Günümüzdə isə sosial media da həyatımıza daxil olub ki, biz bu məsələdə də diqqətli olmalıyıq. Vaxtından əvvəl təşviqat işlərinə başlanılması məsələsində, eyni zamanda 18 yaşdan kiçik şəxslərin təşviqat prosesində iştirakı qanunvericilikdə qadağan olması da xüsusilə diqqət edilməli məqamlardandır. Eyni zamanda xarici KİV, QHT-lər, həmçinin təşviqat aparan mətbuat orqanları ilə bağlı məhdudiyyətlər var”.
TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik
AQEM Qadınlar Şurasının yaradılması çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addımdır
Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir