11 yanvar 2024 13:04
293

Prezident seçkilərini izləmək üçün 17 500-dən çox müşahidəçi akkreditasiyadan keçib

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün 17 500-dən artıq müşahidəçi akkreditasiyadan keçib.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 6 300 ətrafında olacaq seçki məntəqəsində hərəsinə 3 müşahidəçi olacaq: “Müşahidəçi nə qədər çox olsa yaxşıdır”.