11 yanvar 2024 13:28
313

GUAM Parlament Assambleyasının 16-cı sessiyası keçirilib

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Parlament Assambleyasının 16-cı Sessiyası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın katibliyinin “X” hesabında paylaşılıb.

Məlumata görə, onlayn formatda olan sessiyada Azərbaycandan Milli Məclisin üzvü Elnur Allahverdiyev iştirak edib.

Qeyd edək ki, GUAM PA Komitələrinin 6-cı Birgə iclası və GUAM Parlament Assambleyası Bürosunun 18-ci iclası da videokonfrans vasitəsilə keçirilib. Konfransda Milli Məclisin üzvləri Əli Məsimli, Fatma Yıldırım və Cavid Osmanov iştirak ediblər.