İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva seçki prosesi ilə bağlı ictimaiyyətə tövsiyələrini çatdırıb.
“İki sahil” xəbər verir ki, Ombudsman bu barədə "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı danışıb.
Ombudsman qeyd edib ki, seçkidə əhalinin fəallığının təmin edilməsində hər kəs maraqlı olmalıyıq: "Bu, bizim konstitusion hüququmuzdur. Hər kəsin, o cümlədən əlillələrin seçkidə rahat iştirakı üçün pandusların quraşdırılması vacibdir".
Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.