12 yanvar 2024 12:42
295

Yaz sessiyası çərçivəsində Milli Məclisin komitələrinin iclasları başlayır

Yaz sessiyası çərçivəsində Milli Məclisin komitələrinin iclasları başlayır.

“İki sahil”in xəbərinə görə, yanvarın 16-da parlamentin Regional məsələlər komitəsinin iclası keçiriləcək.

İclasın gündəliyinə Milli Məclisin 2023-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Regional məsələlər komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsi daxildir.