12 yanvar 2024 13:41
386

Naxçıvanda ən yaşlı seçicinin 104 yaşı var

Naxçıvan Muxtar Respublikasında ən yaşlı seçicinin 104 yaşı var.

“İki sahil” xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində muxtar respublika üzrə qeydə alınan ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızıdır.

O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində səs verəcək.