13 yanvar 2024 23:35
357

XİN: Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir

Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir.

“Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”, - deyə XİN-in məlumatında vurğulanıb.