Ədalətin bərqərar olmasını tələb edirik. Mədəni irsə qarşı vandalizm aktlarına son qoymaq lazımdır. Eviandakı “Azərbaycan bağı”, eləcə də şair Xurşidbanu Natəvanın heykəli qorunmalıdır.
Bu fikirləri Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına görə Evianda keçirilən etiraz aksiyasının iştirakçısı Rza Zeyniyev deyib.
O bildirib ki, Azərbaycan əsilli fransızlar mədəniyyət abidələrinə hörmətlə yanaşdığı kimi digər mənşəli fransızlar da bizim mədəniyyət abidələrimizə hörmətlə yanaşmalıdırlar.
“Evian meriyası Xurşidbanu Natəvanın heykəlinə ziyan vurmuş cinayətkarları tapmalı və cəzalandırmalıdır. Mədəni irs siyasət alətinə çevrilməməlidir. Ədalət bərqərar olunmalıdır”, - deyə R.Zeyniyev qeyd edib.
AZƏRTAC