14 yanvar 2024 19:08
712

Elvin Basqallıdan keçirdikləri qəza ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Tanınmış aparıcı Elvin Basqallı keçirdikləri qəza ilə bağlı sosial şəbəkə hesabı vasitəsilə açıqlama yayıb.

“İki sahil” xəbər verir ki, o yazıb: “Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram.

***

Tanınmış aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.

“İki sahil” xəbər verir ki, aparıcıya məxsus olan maşın Kürdəmir rayonunda buzlu yolda idarəetməni itirib.

Nəticədə avtomobil bir neçə dəfə aşıb.

Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.

Əlavə məlumat veriləcək.