Dövlət Yol Polisinin bütün şəxsi heyəti respublika ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
Bu barədə "İki sahil"ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Xəbərə görə, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə ərazisində ağır, yaxud ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmayıb.