15 yanvar 2024 21:01
456

Avropa Şurasının Baş katibi Bakıda baş vermiş partlayışla bağlı başsağlığı verib

"Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm".

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç "X" səhifəsində yazıb.

"Zərərçəkənlərə və onların yaxınlarına, həmçinin Azərbaycan hakimiyyətinə başsağlığı verirəm”, - o bildirib.