16 yanvar 2024 10:24
353

Azərbaycanın Fransadakı səfirliyi ilkin seçici siyahısını TƏRTİB EDİB

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı məntəqəsi yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə secki-2024.az saytına Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirlik tərəfindən ilkin seçici siyahısı tərtib edilərək Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edilib.

Seçkilər fevralın 7-də Paris şəhərində Azərbaycanın Fransa Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək. Səsvermə yerli vaxtla saat 08.00-da başlayacaq və saat 19.00-da başa çatacaq.