16 yanvar 2024 15:46
282

Piter Stano: Aİ Bakı ilə İrəvan arasında sülh prosesinə sadiq qalır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiq qalır.

“İki sahil" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin nümayəndəsi Piter Stano bildirib.

“Biz Azərbaycan və Ermənistan rəhbərliyi ilə sıx təmasda olmuşuq. Hər iki ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyimizi və problemlərin müstəsna olaraq sülh yolu ilə həllini təkrarlamaqdan yorulmamışıq. Əlaqə kanallarımız açıq qalır. Avropa İİtifaqı Şurasının sədri Şarl Mişel, ali nümayəndə Jozep Borrell və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iki ölkə arasında sabit və dayanıqlı sülhün bərqərar olmasında iştiraklarını davam etdirirlər”, - o bildirib.