16 yanvar 2024 16:00
352

Abşeron və Xızıda bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

“İki sahil” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.