16 yanvar 2024 16:23
340

Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyatı qaydası təsdiqlənib

“Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası” təsdiq edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı qaydası ilə BURADAN tanış olmaq mümkündür.