Azərbaycanda su ehtiyatları ilə bağlı problem var.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.
Deputat bildirib ki, su ehtiyatlarımızı köhnə texnologiyalarla işlədiyimizə görə itiririk: “Bu istiqamətdə müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb etməliyik. COP-29-dan istifadə edərək hər bir platformada Azərbaycana Ermənistandan gələn çayların zəhərlənməsi məsələsinə diqqəti cəlb etməliyik”.