17 yanvar 2024 12:35
293

Səudiyyə Ərəbistanı İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədi- Fərid Şəfiyev:

"Dünyada çox az ölkə var ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədi, onlardan biri də Səudiyyə Ərəbistanıdır".

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Cənubi Qafqaz - Yaxın Şərq regionu: Geosiyasət və əməkdaşlıq" mövzusunda Səudiyyə Ərəbistanından olan nümayəndə heyəti ilə görüşündə deyib.

O bildirib ki, Azərbaycan torpaqlarını uzun illər işğal altında saxladığı üçün Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmayıb.

"Qarabağ məsələsində biz nəinki hərbi işğalla rastlaşmışdıq, həmçinin Qərb mediasının qaralama kampaniyasına məruz qalmışdıq. Bu ikili standartlarla Səudiyyə Ərəbistanı da qarşılaşıb. Səudiyyə Ərəbistanının husilərə qarşı mübarizə aparması pisləndiyi halda, indi Qərb ölkələrinin husilərə raket atması normal qarşılanır".