18 yanvar 2024 13:18
288

Azərbaycanda diplomatik fəaliyyətə başlamaqdan şərəf duyuram- ABŞ-nin yeni səfiri

Mark Libbi (Mark Libby) ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri kimi diplomatik fəaliyyətə başlamaqdan şərəf duyduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

“Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, - diplomat bildirib.

Xatırladaq ki, bu gün Mark Libbi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.