MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda baş tutacaq səsvermə prosesini izləyəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə MDB PA-nın sədr müavini, Demokratiyanın İnkişafının Monitorinqi Mərkəzinin rəhbəri İvan Muşketin Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunu ziyarəti zamanı qeyd olunub.
Bildirilib ki, görüşdə Baş Konsulluqda fəaliyyət göstərəcək seçki məntəqəsinndəki səsverməni MDB PA müşahidəçilərinin monitorinq etməsi barədə razılıq əldə olunub.
Vurğulanıb ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda 1030 seçici qeydiyyatdadır.