18 yanvar 2024 14:33
394

Prezident Seneqal dövlət başçısını COP-29 tədbirinə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Seneqal dövlət başçısı Məkki Sallı bu il Bakıda keçiriləcək COP-29 tədbirinə dəvət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçısı Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edərkən deyib.