Milli Məclisdə ölkədəki dini vəziyyətlə bağlı dinləmə keçirilməsi təklif olunub.
“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib.
O, dini sahədə müəyyən proseslərin getdiyini nəzərə alaraq təklifin gündəmdə qalmasını istəyib.