07 mart 2018 01:22
1231

Meymun əti yeyib ölülərini dik basdıran qəbilə

Danimarkalı fotoqraf Yan Moller Hansen müasir dünyaya ayaq uydurmayan Raute qəbiləsinin fotolarını çəkib.

Qəbilə Nepalın Açam bölgəsindəki meşələrdə yaşayır. Raute qəbiləsinin üzvləri özlərini “meşələrin kralları” adlandırırlar.

Nepal xalqı tərəfindən ikinci sinif insan kimi görülmək istəməyən qəbilə üzvləri bu səbəbdən modern həyata keçid etmək istəmirlər.

Raute qəbiləsinin üvləri etnik kimliklərinə bağlıdırlar və kral soyundan gəldiklərinə inanırlar.

Heç bir maddi və daşınmaz əmlak sahibi olmaq fikirləri yoxdur. Sahib olduqları hər şeyi bölüşürlər. Köçəri yaşadıqları üçün daşına bilən əşyalara sahib olmağı üstün tuturlar.

Ölülərini dik formada basdırırlar. Beləcə, ruhunun cənnətdə azadlığa qovuşduğuna inanırlar.

Sıralarında kimsə dünyasını dəyişsə, düşərgə qurduqları yeri tərk edib başqa yerə köçürlər.

Bu qəbilədə yaşayan insanlar meymun ovuna çıxırlar və meymun əti ilə qidalanırlar.