18 yanvar 2024 16:03
256

Azərbaycan mədəniyyəti ilə bağlı dövlət strategiyası yaxın vaxtlarda təqdim olunacaq

“Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” yaxın zamanlarda təqdim olunacaq.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa komitənin yanvarın 18-də keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, təxminən 1-2 ay ərzində strategiya sənədinin təqdimatı gözlənilir: “Təklif edərdim ki, buna qədər parlament səviyyəsində Mədəniyyət Nazirliyi və komitə arasında görüş keçirilsin. Komitə üzvlərinin də fikirləri dinlənilsin”.