19 yanvar 2024 11:39
423

Fransa rəhbərliyinin fransız dilində çap olunmuş bu xəritədən xəbəri varmı?

Milli Məclisin deputatı Elnur Allahverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqası tərəfindən tanınmış ərazilərini əks etdirən xəritə barədə paylaşım edib. Paylaşım Azərbaycan, rus və ingilis dillərində yayımlanıb. Həmçinin, paylaşıma Azərbaycanda fəaliyyət göstərən səfirliklər əlavə olunub.  

“İki sahil” həmin paylaşımı təqdim edir:

“Şəkildə gördüyünüz xəritə Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqası tərəfindən tanınmış ərazilərini əks etdirir. Hazırda Millətlər Liqasının arxivindədir. Göründüyü kimi, xəritə fransız dilində çap olunub. Bu gün Azərbaycan torpaqlarında separatizmi bərpa etmək üçün dəridən-qabıqdan çıxan, suverenliyimizi həzm edə bilməyən Fransanın siyasi rəhbərliyinin bu xəritədən xəbəri varmı? Əlbəttə, var! Elə qorxduqları da məhz bu xəritədir. Çünki fransız dilində çap olunmuş bu tarixi sənəddə hazırki Ermənistan ərazisinin biz azərbaycanlıların əzəli yurdu olduğu açıq-aydın görünür.”