06 mart 2018 20:52
1687

Torpaqla oynayan uşaqlar zəkalı olur

Torpaqla oynayan uşaqlar daha zəkalı olur.

Moderator.az xəbər verir ki, İngiltərədə aparılan  araşdırma zamanı məlum olub ki, bağça işləri ilə məşğul olan və meyvə, tərəvəz yetişdirən uşaqlar çevik eyni zamanda zəkalı olurlar.

Aparılan araşdırmaya görə, məktəb həyətində meyvə, tərəvəz yetişdirən uşaqların məktəb uğurları daha artıq olur. Oxuma, yazma, riyaziyyat və sosial bacarıqlar mövzusunda bağçılıq edən uşaqlar digərlərindən fərqlənməyi bacarıb.

Torpaqla işləyən uşaqların söz bazaları geniş, ərzaqla bağlı daha məlumatlıdırlar. Eləcə də riyaziyyat bilikləri çox dərindir.

Ekspertlərə görə bu vəziyyətin ən əhəmiyyətli səbəbi, uşaqların torpaqla təmasda olmasıdır. Torpaq bədəndəki bütün mənfi enerjiləri alır, uşaqların və yaşlıların daha sağlam və ağıllı olmasına səbəb olur.

Yetişdirdikləri çiçək, meyvə və ya tərəvəz olsun, böyüdüyünü və meyvə verdiyini görmək onları  məhsuldar və özünə inamlı edir.