19 yanvar 2024 16:30
383

Pakistan səfirliyinin nümayəndələri 20 Yanvar şəhidlərini yad ediblər

Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"1990-cı il 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş azərbaycanlı qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirik", - paylaşımda qeyd olunub.