20 yanvar 2024 13:46
383

Hikmət Hacıyev: Bakıda dinc əhalinin qətliamına göstəriş verən Qorbaçov bir neçə ay sonra Nobel Sülh Mükafatına layiq görülüb

Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçov bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.