Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, bu gün "Borussiya" səfərdə "Köln"ün qonağı olub. Qarşılaşma Dortmund təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Köln" - "Borussiya" 0:4
Qollar: Malen, 12, 61, Fülkruq, 58 - pen, Mukoko, 90+2
Xallarını 33-ə yüksəldən "Borussiya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 11 xalı olan "Köln" isə 17-ci yerdədir. Turnir cədvəlinə 45 xalla "Bayer" başçılıq edir.