22 yanvar 2024 10:57
362

Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğuya başlanılıb

Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğuya başlanılıb.

“İki sahil” xəbər verir ki, sorğu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə həyata keçirilir.

Qeyd edək ki, ABŞ-nin “ORACLE ADVİSORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seşki Komissiyasında (MSK) akkreditasiyadan keçib.