M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi baş tutub.
“İki sahil” xəbər verir ki, öncəliklə faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər, Xalq artisti Gülbacı İmanova) çıxış ediblər.
Solistlər - Əməkdar artist Anton Ferştandt (bariton) və Respublika və beynəlxalq müsabiqələr laureatı Fatimə Cəfərzadənin (soprano) ifasında J.Brahmsın "Alman Rekviyemiİ" op.45 səslənib.