06 mart 2018 01:34
1140

Alman mühəndislər ingilis “kəhər”inə əl gəzdirdilər

Almaniyanın “DMC Sports” tüninq atelyesi “McLaren 570S” superkarına əl gəzdiriblər.

“Ölkə.Az” xəbər verir ki, yeni model “88” adlandırılıb.

Şirkətin mühəndisləri 3.8 litr həcmli, V8 tipli mühərriki gücləndiriblər. 570 at gücü hasil edən mühərrik hazırda 642 at gücü hasil edir. Yerindən 100 km/saat sürəti 3 saniyəyə əldə edir. Maksimal sürət 325 km/saatdan 335 km/saata qədər artırılıb.

Avtomobilin kuzovunda da dəyişiklik edilib. Arxa diffuzor karonban hazırlanıb. Eyni zamanda yeni səsboğucu sistem quraşdırılıb.