Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev etimadnaməsini Moldova Prezidenti Maya Sanduya təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib.
"Azərbaycanın Moldovada səfiri kimi işə başlayaraq, bu vəzifəyə layiq görüldüyüm üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Bu yüksək etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm", - o qeyd edib.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır