Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar yanvarın 24-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının informasiya texnologiyaları (IT) üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb.
“İki sahil” xəbər verir ki, seminarın təşkilində məqsəd dairə seçki komissiyalarının informasiya texnologiya üzrə mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, DAİS-in proqram təminatları ilə birbaşa və praktiki istifadənin təmin edilməsi, habelə iştirakçıları maraqlandıran məsələlərin əyani şəkildə izah edilməsidir.
IT mütəxəssisləri seminarlarda praktiki məşğələlərlə test rejimində işləyəcəklər.
Seminarlara yanvarın 26-da yekun vurulacaq.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır