24 yanvar 2024 17:57
305

Qazaxıstan Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə göndərilən müşahidəçilərin siyahısını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, siyahıya 19 nəfər daxildir.

Bildirilib ki, onların arasında Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov da var.

Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.